“Sinovac” vaksininin effektivliyi 60%-dan azdır - Tədqiqat nəticələri

22 Yanvar 2021 12:59 (UTC+04:00)

Ukraynanın artıq müqavilə bağladığı “Sinovac” şirkətinin koronavirusa qarşı peyvəndinin ümumi effektivliyi 50-60 % arasında dəyişir. SİA xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" qəzeti Butantat İnstitutunun mütəxəssislərinin apardığı Çin vaksininin genişmiqyaslı testlərinin nəticəsinə istinad edərək yazır.

Peyvəndin effektivliyi haqda tədqiqatın tam rəsmi nəticələri 12 yanvar tarixində açıqlanacaq.

Xatırladaq ki, dekabrın 30-da Ukrayna Çinlə 2 milyon dozaya yaxın vaksin alınması haqda müqavilə bağlayıb. Əvvəlcə isə, ölkə səhiyyəsinin rəsmiləri digər ölkələrin- Amerika, Rusiya və Almaniya vaksinlərinin də alına biləcəyini bildirmişdilər. Lakin sonra digər variantlardan imtina edilib.

Elçin