Sumqayıtda dəniz kənarında tapılan meyitin şəxsiyyəti müəyyənləşib

22 Yanvar 2021 00:49 (UTC+04:00)

Sumqayıtda dəniz kənarında meyit tapılıb. Meyit bulvarın “Priçal” deyilən hissəsində aşkar olunub.

SİA xəbər verir ki, şəhər polis idarəsinin əməkdaşları meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğunu müəyyən ediblər. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.