Şəmkir rayonunda jurnalist qətlə yetirilib

21 Yanvar 2021 21:13 (UTC+04:00)

Şəmkir rayonunda qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qədim Qala kəndində törədilib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

İlham Məmmədov