"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə - Yenilənib

21 Yanvar 2021 20:27 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

SİA xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start verilib.

İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.


21 yanvar (cümə axşamı)

18:00. “Sabah” – “Qarabağ” - 1:2
Qollar: Rahil Məmmədov, 8 (0:1), Kevin Kumemba, 60 (1:1), Mahir Emreli, 73 (1:2)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

16:00. “Zirə”– “Qəbələ” - 2:0
Qollar: Musa Qurbanlı, 45, Davit Volkov, 90+3
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi” - 1:3
Qollar: Əfran İsmayılov, 28-pen (1:0), Sabir Buqrin, 45 (1:1), Emin Mahmudov, 51 (1:2), Sabir Buqrin, 90 (1:3)
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”

22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”

N Klublar O Q H M T-F X
1 Neftçi 14 8 3 3 18-15 27
2 Qarabağ 13 7 5 1 33-11 26
3 Zirə 14 6 5 3 18-14 23
4 Sumqayıt 13 4 4 5 16-20 16
5 Qəbələ 14 3 6 5 13-22 15
6 Səbail 13 3 4 6 15-19 13
7 Keşlə 13 3 4 6 13-20 13
8 Sabah 14 4 1 9 14-19 13