Şahbuzda zəlzələ qeydə alınıb

22 Yanvar 2021 01:07 (UTC+04:00)

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqəlində isə 3 bala qədər hiss edilib.

SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.