"Rusiya Qarabağda ermənilərin sayını artırmaqda nə məqsəd güdür?" Həsən Qarayev

21 Yanvar 2021 18:02 (UTC+04:00)

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağda dövlətçilik tariximizin şərəfli səhifəsini yazdı. 30 il erməni işğal altında olmuş torpaqlarımız 44 günlük Vətən Müharibəsində azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi yaddaşlara həkk olundu. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də Qarabağa dair imzalanmış üçtərəfli bəyanat ölkəmizin Qarabağada əldə etdiyi qələbənin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.

Onun sölərinə görə, Moskva görüşü və imzalanan bəyanat Qarabağın, ümumilikdə regionun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "İmzalanan üçtərəfli razılçamaya əsasən regionda nəqliyyat kommunikasiyaların işi bərpa olunacaq, Naxçıvanla əlaqələrin yaradılması və bununlada Türkiyəyə dəmir yolunun açılması Azərbaycanın gücünə yeni güc qatacaq. Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək".

Təşkilat sədri qeyd etdi ki, atəşkəsin davamlı təminatı üçün yaxın vaxtlarda Türkiyə və Rusiya hərbçilərinin birgə iştirakı ilə Sülhməramlı Mərkəz fəaliyyətə başlayacaq: "Bundan sonra Qarabağda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq. İnsanlarımız öz yurd-yuvalarına qayıdacaqlar, geniş quruculuq -abadlıq işləri fonunda əhalinin məşğulluğu təmin oluncaq, yenidən o yerlərdə həyat qaynacaq".

H.Qarayev təssüf hissi ilə bildirdi ki, Rusiya üzərinə götürdüyü 10 noyabr razılaşmasının müddüalarına zidd olaraq ermənilərin maraqlarına xidmət edən addımlar atır, hərəkətlərə yol verir: "Müzəffər Azərbaycan ordusu erməniləri iti qovan kimi torpaqlarımızdan qovub. Artıq təmas xətti yoxdur, staus məsələsindəndə söhbət gedə bilməz. Qalib Azərbaycan var. Bunu dünya ölkələri və onların rəhbərləri də etiraf edirlər. Rusiyanın siyasi hakimiyyətidə reallıqla barışdıqlarını nümayiş etdirilər. Amma tarixən ermənilərə olan himayədarlıqları rəsmi Moskvanı ənənələrindən tam şəkildə imtina etməyə imkan vermir. Müəyyən məslələrdə ermənilərə dəstəklərini davam etdrirlər. Rusiya erməniləri Xankəndi, Ağdərə, Xocavəndin bəzi hisslərində yerləşdirir və hümanitar yardım adı ilə Qarabağdakı ermənilərin sosial problemlərini həll edir, tikinti-quraşdırma işləri həyata keçirir. Rusiya Prezidenti Vladimir Putində 11 yanvar üçtərəfli Moskva görüşündən sonra mətbut üçün açıqlamsında Rusiya sülhməramlıları tərəfində 48 min qaçının Qarabğa qaytarıldığını bildirdi. Ancaq nəzərə almaq lazımdır ki, 48 min qaçqın arasında 1 nəfərdə olsun azərbaycanlı yoxdur. Görünən odur ki, Rusiya Qarabağda ermənilərin sayını artırmaqla məkrli planlarını həyata keçirməyə ümid bəsləyir. Ola bilsin ki, status niyyətini həyata keçirməyə çalışacaq. Çünki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovda status məsləsini gizlətməyib və bildirib ki, stus məsələsi gələcəkdə müzakirə oluna bilər. Anca Ermənistan və onun dəstəkçisi Rusiya yadddan çıxarmamalıdırlar ki, Azərbaycan "dəmir yumuruq" əməliyyatı ilə Qarabağı işğaldan azad etməklə, statusu tarixin arxivinə atdı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, "status məsələsi cəhənnəmə getdi, gorbagor oldu". Əgər ermənilər yenidən baş qaldırarlarsa onların başları dərhal əziləcək. Necə ki, Hadrut və Xocavənd istiqamətində erməni terrorçuları baş qaldırmağa, əks-həmlə göstərməyə çalışdılar və bu halda Azərbaycan ordusu onların bir qismini məhv etdi, 62 nəfərini isə həbs edərək, Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verdi".