"İstiqlal uğrunda canlarını verənlər bugünkü zəfərin təməlini atdılar" - Ersin Tatar

21 Yanvar 2021 17:13 (UTC+04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycandakı müstəqillik uğrunda mücadilənin dönüm nöqtəsi olan 20 yanvar 1990-cı ildə şəhid olanların xatirəsinə anım mesajı yayımlayıb. SİA xəbər verir ki, Ersin Tatar mesajında bunları qeyd edib: "Şimali Kipr Türk Cümhuriyyəti olaraq, öz adımdan və xalqımın adından 20 Yanvar 1990-cı ildə qardaş Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını gözlərini qırpmadan fəda edən əziz şəhidlərə Allahdan rəhmət, ailələrinə səbrlər diləyirəm. Can Azərbaycanın 20 Yanvar 1990-cı il şəhidləri istiqlal uğrunda canlarını verərkən bugünkü zəfərin də təməlini atdılar. Onları sevgi, sayğı və hörmətlə anırıq".