"Memorandum bir neçə səbəbdən mühüm əhəmiyyətə malikdir" DEPUTAT FİKRİ

21 Yanvar 2021 16:42 (UTC+04:00)

“21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması tarixi hadisə kimi qiymətləndirilməlidir. Təbii ki, ölkəmiz bu kimi regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsi və böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanı hələ müstəqillikdən əvvəl - Sovet dönəmində neft sənayesinə görə daha çox tanıyırdılar: “Bu məsələdə, neft sənayesinin tərəqqisində heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olub. Tarixə qısa ekskursiya etsək görərik ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqlarının kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən Memorandumun imzalanması bir neçə səbəbdən mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş bu razılaşmaya əsasən bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək. Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi sayıla bilər.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Məhz belə yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşdı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. O da bəllidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. Bir maraqlı və diqqətçəkən məqamı da qeyd edək ki, bu il Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı keçiriləcək. Məhz belə bir mühüm beynəlxalq tədbir ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir”.