ABŞ-da etirazlar davam edir

21 Yanvar 2021 16:24 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib. Məlumata görə, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb.

Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokratlar partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.