Açıq platformalarda işləri dayandırıb

21 Yanvar 2021 16:22 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb. Bunu SİA-ya SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib: "Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib və platformalarda açıq sahələrdə işlər dayandırılıb".