Premyer Liqada dəyişikliklər tətbiq olunacaq

21 Yanvar 2021 13:29 (UTC+04:00)

İngiltərə Premyer Liqası beyin silkələnməsi şübhəsi olan hallarda əlavə oyunçu dəyişikliklərinin tətbiqinin lehinə səs verib.

SİA-nın məlumatına görə, belə hallarda hər komanda əlavə iki əvəzetmə hüququ qazanacaq.

Bu yeniliyin nə vaxtdan tətbiq ediləcəyi açıqlanmır. Bu tarix FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) ilə məsləhətləşmələrdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, bu yenilik klublararası dünya çempionatında sınaqdan keçiriləcək.