Hadisənin 3 minlik geyimi FOTOLAR

21 Yanvar 2021 13:30 (UTC+04:00)

Türkiyəli müğənni Hadisə sosial şəbəkədə paylaşdığı şəkillərlə yenidən gündəm olub. SİA-nın məlumatına görə, belə ki, ifaçının fotolardakı blazeri və şalvarı izləyicilərin marağına səbəb olub. Onlar sənətçinin geyiminin qiyməti ilə maraqlanıblar.

Bəlli olub ki, sənətçinin blazerinin qiyməti 1661, şalvarı isə 1255 manatdır.