Deputat və YAP fəalları Yevlax şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

21 Yanvar 2021 10:24 (UTC+04:00)

20 Yanvar ümumxalq hüzün günü Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Əminə Yusifqızı və rayon təşkilatı Aparatının işçıləri , YAP fəalları Yevlax şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər.

SİA xəbər verir ki, ziyarətçilər torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş yevlaxlıların əziz xatirəsini yad edib, məzarları üzərinə təzə qərənfillər düzüblər.