Ötən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb

21 Yanvar 2021 10:14 (UTC+04:00)

Azərbaycanda ötən il qeydə alınmayan xəstəliklər məlum olub.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.