Azərbaycanda 13 439 boşanma qeydə alınıb

21 Yanvar 2021 09:32 (UTC+04:00)

2020-ci ilin 11 ayında Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.