Bakıda pulunu istəyən ev sahibi kirayəşin tərəfindən bıçaqlanıb

21 Yanvar 2021 06:42 (UTC+04:00)
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə 6-ci mikrorayon ərazisində qeydə alınıb. 1962-ci il təvəllüdlü Aqil Ələkbərov kirayə verdiyi evin pulunu ona məxsus mənzildə yaşayan şəxsdən istəyib. Tərəflər arasında mübahisə dava ilə yekunlaşıb. Dava zamanı ev sahibi A.Ələkbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.