Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 159 nəfər ölüb.
SİA-nın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 435 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 932, ağır xəstələr isə 2 102 nəfər olub.