“Fiorentina” “Spartak”ın futbolçusu Aleksandr Kokorini transfer etməyə hazırlaşır.
SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyası təmsilçisi 29 yaşlı hücumçuya 3 illik müqavilə təklif edib. Keçid reallaşarsa, klub rusiyalı oyunçu üçün təxminən 4,5 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Kokorin ötən ildən “Spartak”da çıxış edir.