Kemal Kılıcdaroğlu Azərbaycanın 20 Yanvar şəhidlərini ehtiramla yad edib

20 Yanvar 2021 23:18 (UTC+04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıcdaroğlu Azərbaycanın 20 Yanvar şəhidlərini ehtiramla yad edib.

SİA xəbər verir ki, “20 Yanvar” qətliamı haqqında Türkiyənin aparıcı müxalifət partiyasının lideri Kemal Kılıcdaroğlu özünün “Twitter” səhifəsindən paylaşım edib.

"31 il öncə Azərbaycanın müstəqilliyi üçün yaşanan, müstəqillik simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anıram, Can Azərbaycanımızın Milli Matəm Günündə ortaq qəlb sızıltılarımızı dərin hüznlə paylaşıram”, deyə CHP lideri qeyd edib.