Madriddə güclü partlayış olub, ölənlər və yaralananlar var

20 Yanvar 2021 19:14 (UTC+04:00)

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib. SİA Qərb mətbuatına istinadən verdiyi məlumata görə, insident yerli vaxtla təxminən saat 15:00-da qeydə alınıb. Partlayışın təsirindən binanın yuxarı mərtəbələri dağılıb.

İlkin məlumata əsasən, partlayış qocalar evinin yerləşdiyi binada olub. Partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, 4 nəfər isə ölüb.

Qeyd edilir ki, partlayışa səbəb qaz sızması ola bilər.