"Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq

20 Yanvar 2021 15:41 (UTC+04:00)

Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

SİA-nın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.