İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi

20 Yanvar 2021 14:53 (UTC+04:00)

İranda ötən sutka ərzində 84 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 057 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 6 182 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 348 316 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4214 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 137 812 nəfər koronavirusdan sağalıb. Ölkədə indiyədək 8,68 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı və 252 şəhər mavi zona hesab olunur.