Qabrielyanov: "Paşinyan Ermənistanı təhvil vermək mərhələsindədir" İDDİA

20 Yanvar 2021 14:38 (UTC+04:00)

“Ermənilər anlamalıdırlar ki, Paşinyan Ermənistanın təhvil verilməsi oyununun ikinci mərhələsinə keçir”. SİA xəbər verir ki, erməni mediameneceri Aram Qabrielyanov bu barədə teleqram səhifəsində iddia edib. Onun sözlərinə görə, birinci – hərbi tərəfi həll edilib və ikinci akta keçilib. “İndi xainin işi sülhsevərlik demoqogiyası köməkliyi ilə cəmiyyətdə yeni itkilər təhlükəsi yaratmaqdan, ermənilərə qarşı ideoloji hücum etməkdən və bununla da xalqın ruhuna Ermənistanın müharibədə uduzmasını və satqınçılığı qəbul etməyi aşılamaqdan ibarətdir”, qeyd edən Qabrielyan əlavə edib: “Paşinyan ideoloji diversiyaları ilə öz komandasındakı əclafların (Andanik Koçaryan və başqaları) yardımı sayəsində erməniçiliyə qarşı mənəvi hücuma başlayıb. Bilin ki, türklərlə yaxşı münasibətlər qurmaq barədə, hətta kəkələyən erməni varsa, o satqındır”.

Rövşən RƏSULOV