Bələdiyyə sədri niyə istefa verdi?

20 Yanvar 2021 14:14 (UTC+04:00)

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib. SİA xəbər verir ki, qurum S.Əsədovun istefa xəbərini təsdiq edib.

Bildirilib ki, keçmiş sədr bir neçə gün əvvəl vəzifəsindən istefa verib.

Onun vəzifəsi Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Sərviz Süleymanova həvalə edilib.