Dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanında

20 Yanvar 2021 13:35 (UTC+04:00)

Bu gün 20 Yanvar faciəsindən 31 il keçir. SİA xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.