Nigar Camal və Aygün Bəylər: "Şəhidlər" VİDEO

20 Yanvar 2021 15:30 (UTC+04:00)

"Eurovision 2011" qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib. SİA-nın məlumatına görə, sənətçilərin "Şəhidlər" adlı mahnısının musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.

Nigar Camal klip haqqında fikirlərini bildirib: "Vətən müharibəsi zamanı hər kəs xalqa, Vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik".