Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib

20 Yanvar 2021 12:15 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 3,63 milyonu keçib.

Ölkədə son sutka ərzində 21 152 nəfər virusa yoluxub, 597 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 633 952 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 67 220 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 027 316 şəxs virusdan sağalıb, 539 416 nəfərin müalicəsi isə davam edir.