Deputat Yevlaxda növbəti dəfə şəhid ailələri ilə görüşüb - FOTOLAR

20 Yanvar 2021 11:02 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov növbəti dəfə 17-18 Yanvar 2021-ci il tarixində şəhid ailələri ilə görüş keçirib. SİA xəbər verir ki, görüşdə deputat Yevlax rayonundan Vətən müharibəsində şəhid olmuş İlham Məmmədovun, Sadiq Əsgərovun, Faiq Adıgözəlovun, Sərxan Məmmədovun, Emin Rüstəmovun, Kamran İsmayılovun, Anar Umarovun, Əli Məmmədovun və Ceyhun Əyyubovun evlərində olmuş, Şəhidlərin valideyinlərinə baş sağlığı verərək, qəhrəman övladlarının vətənin azadlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək şəhid olduqlarını və onların hər zaman Azərbaycan xalqının qəlbində yaşaycağını bildirib.

İlham Məmmədov qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda şəhid və qazi olmuş şəxslər hər zaman olduğu kimi bu gündə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələnib. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırılması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakı dövlətin diqqət və qayğısının bariz nümunəsidir deyə Millət vəkili vurğulanıb.

Görüş zamanı İlham Məmmədov da öz növbəsində Şəhid ailələrinin qayğılarını dinləyib və bunların həlli istiqamətində müvafiq aidiyyatı qurumlara müraciətlər olunacağını bildirib.