Türkiyə səfirliyindən 20 Yanvarla bağlı AÇIQLAMA

20 Yanvar 2021 09:55 (UTC+04:00)

"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik".

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

"Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq", - səfirlikdən vurğulanıb.