Türkiyədə yeni növ koronavirusdan sutka ərzində 167 nəfər ölüb

19 Yanvar 2021 23:43 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 167 nəfər ölüb.

SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6818 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7218, ağır xəstələr isə 2162 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 399 781 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.