Bakıda yol qəzası: tıxac yarandı

19 Yanvar 2021 19:09 (UTC+04:00)

Bakıda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. H.Əliyev prospektində metronun "Koroğlu" stansiyası istiqamətində baş verən yol qəzası prospektdə tıxaca səbəb olub.

Hazırda həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.