“Dəlinin qeydləri” tamaşası onlayn göstəriləcək

19 Yanvar 2021 13:33 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 24-də “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn göstərəcək.

SİA-nın məlumatına görə, saat 18:00-da nümayiş ediləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.