Salyan sakinindən odlu silah götürülüb

19 Yanvar 2021 12:07 (UTC+04:00)

Salyan rayon sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çuxanlı kənd sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.