Keçmiş məhkum oğurluq üstündə tutuldu

19 Yanvar 2021 12:00 (UTC+04:00)

Paytaxt sakini İ.Süleymanlının cibindən pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən F.Səfərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini İ.Süleymanlının cibindən pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılıb.