"Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" lahiyəsi çərçivəsində - GÖRÜŞ

19 Yanvar 2021 11:59 (UTC+04:00)

Azərbaycan Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev "Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" mövzusunda lahiyənin davamı olaraq 18 yanvar tarixində Türkiyəyə səfər edib. SİA xəbər verir ki, o, səfərin ilk günü qardaş ölkənin bir qrup iş adamları ilə görüşlər keçirib.

Xəbərdə deyilir ki, Türk iş adamları Qarabağın inkişafı, infrastrukturun yaradılması, oraya həyatın yenidən qaytarılmasında öz köməkliklərini göstərmək üçün cənab prezident İlham Əliyevin çağırışına səs verərək Gənc Sahibkarlar Klubunun təşkilatçılığı ilə böyük şirkətlərin buraya cəlb olunmasında, sahibkarlığın inkişaf etdirilməsində fəal rol oynayacaqlar.

Xatırladaq ki, Gənc Sahibkarlar Klubu istər yerli, istər beynəlxalq, istərsə də qardaş Türkiyədən olan sahibkarlarla mütəmadi əməkdaşlıq edir. Hər zaman sahibkarların Azərbaycanda keçirilən tədbirlərdə yüksək səviyyədə iştirakına öz köməkliyini göstərir.

Qeyd edək ki, Gənc Sahibkarlar Klubu Qarabağın işğaldan sonrakı iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsində iş adamlarının təklifləri ilə tanış olmuş, fikir mübadiləsi aparılıb.