Ucarda yanğın

19 Yanvar 2021 10:33 (UTC+04:00)

Ucar rayonunun Qaracallı kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.