İlkindən gülüş dolu paylaşım: "Rep deyən vaxtlarım və yeni işıq üzü görən bığlarım... " FOTO

19 Yanvar 2021 11:11 (UTC+04:00)

Aparıcı İlkin Həsəni uşaqlıq illərinə geri dönüb. SİA-nın məlumatına görə, belə ki, aparıcı sosial media səhifəsində illər öncə çəkilmiş şəklini yayımlayıb. O, paylaşımına gülüş dolu sözlər qeyd edib: "Bütün xarici mahnılara "Rep" deyən vaxtlarım... Yeni işıq üzü görən bığlarım və arxadakı marşrutun modeli onu deyir ki, foto 1997-1998-ci illərdə çəkilib".