Məşhurlar bir araya gəldi FOTOLAR

19 Yanvar 2021 09:34 (UTC+04:00)

Heydər Əliyev Sarayı “Tarixi səhnə” adlı yeni layihəyə start verib. SİA-nın məlumatına görə, “Tarixi səhnə” layihəsi, 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdırılan Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsəd, tarixi səhnə - Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşlarında çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, “Tarixi səhnə” adlı festivalın və “Tarixi səhnə” filminin çəkilməsi nəzərdə tutulub.