Tramp Avropanın əksər ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib

19 Yanvar 2021 08:23 (UTC+04:00)
26 yanvar tarixindən etibarən, koronavirus pandemiyası ilə əlaqədar olaraq Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliyadan ABŞ-a girişə qoyulan məhdudiyyətlər ləğv edilir. Bununla bağlı ABŞ-ın hazırkı prezidenti Donald Tramp fərman imzalayıb. SİA-nın məlumatına görə, bu barədə Ağ Evinin mətbuat xidməti xəbər verib. Əvvəlki tədbirlər ABŞ-a daxil olan bütün əcnəbilərə koronavirus testinin neqativ nəticəsinin verilməsinə dair qaydalar qüvvəyə mindikdən sonra qüvvədən düşəcək: Sənəddə bildirilib ki, ölkəyə girişin dayandırılması barədə icra fərmanları 26 yanvar yerli vaxtla saat 12:01-dən etibarən qüvvədən düşəcək.