Mərakeşdə koronavirusun "Britaniya" ştammına yoluxmanın ilk faktı aşkarlanıb

19 Yanvar 2021 07:22 (UTC+04:00)
Mərakeşin Səhiyyə Nazirliyi ölkədə koronavirusun "Britaniya" ştammına yoluxmanın ilk faktını aşkarladığını açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə Maghreb Arabe Presse agentliyi xəbər verib. Məlumata əsasən, koronavirusun ştammı Fransanın Marsilya limanı üzərindən İrlandiyadan gəmidə gələn Mərakəş vətəndaşında Tanjer şəhərinin limanında aşkar edilib. Yoluxan şəxsdə heç bir əlamət müşahidə edilməyib. Nazirlik qeyd edib ki, həmin şəxs artıq təcrid olunub.