Türkmənistanın Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib

19 Yanvar 2021 03:05 (UTC+04:00)

Türkmənistanın Səhiyyə və Tibbi Sənayesi Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib.

SİA xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev bu barədə deyib: “Türkmənistan, öz ərazisində “Sputnik V” peyvəndinin istifadəsini rəsmi olaraq təsdiqləyən ilk Orta Asiya ölkəsi oldu.”

Qeyd edək ki, “Sputnik V” peyvəndi dünyanın 10-dan çox ölkəsində istifadə üçün təsdiq edilib.