İki finalda “Barselona”nı məğlub etməyi bacaran baş məşqçi tarixə düşüb

18 Yanvar 2021 20:37 (UTC+04:00)

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Marselino Qarsiya Toral tarixə düşüb.

SİA xəbər verir ki, İspaniya Super Kubokunun həlledici oyununda “Barselona”nı 3:2 hesabıyla məğlub edən “Atletik”in çalışdırıcısı Toral, ardıcıl iki finalda “Barselona”nı məğlub etməyi bacaran ilk baş məşqçi olub.

İspan mütəxəssis 2019-cu ildəki İspaniya Super Kuboku matçında “Valensiya” ilə “Barselona”nı məğlub etmişdi.

Toral bu ilin yanvarında “Atletik”ə baş məşqçi təyin olunub.