Mingəçevirdə idarəetmədən çıxan minik avtomobili işıq dirəyinə çırpılıb

19 Yanvar 2021 00:44 (UTC+04:00)

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində - Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib.

SİA xəbər verir ki, idarəetmədən çıxan “VAZ” markalı avtomobil işıq dirəyinə çırpılıb.

Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.