İçkinin təsiri altında özünü doğradı - Gəncədə

18 Yanvar 2021 21:25 (UTC+04:00)

Gəncə şəhər sakini içkili vəziyyətdə özünə qəsd edib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərov Samir Seyfəddin oğlu bədəninin kəsilmiş yaraları diaqnozu ilə Gəncədə fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər adı çəkilən şəxsə tibbi yardım göstərsə də vəziyyəti ağır olaraq qalır.

S.Cəfərovun hansı səbəbdən özünə qəsd etdiyi bilinməsədə də onun bu əməli içkinin təsiri altında törətdiyi ehtimal edilir.

İlham Məmmədov