Türkiyə ilə Yunanıstan arasında kritik görüş başlayıb - Son dəqiqə

18 Yanvar 2021 16:47 (UTC+04:00)

Türkiyə ilə Yunanıstan arasında NATO-nun qərargahında kritik görüş başlayıb. SİA-nın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Yunanıstanla Türkiyənin hərbi nümayəndələri arasındakı başlanan görüşdə Aralıq dənizində baş verən hadisələr də daxil olmaqla bir sıra problemlərin həlli müzakirə olunacaq.

Görüş Türkiyə vaxtı ilə saat 15:00-da başlayıb.