İmişlidə yanğın

18 Yanvar 2021 15:20 (UTC+04:00)

İmişli rayonu, Cəfərli kəndində ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.