Azərbaycan yığması məşqlərə başladı

18 Yanvar 2021 15:10 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə start verib. SİA-nın Federasiyanın Mətbuat xidmətinə istinadən məlumatına görə, məşq Bakı İdman Sarayında gerçəkləşir.

Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.

Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.