Millimizə yeni oyunçular çağırıldı

18 Yanvar 2021 14:54 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

SİA-nın məlumatına görə, yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək yığmanın düşərgəsinə 20 futzalçı dəvət olunub.

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borqes, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.