“Parlamentin gündəliyində yalnız Paşinyanın istefası olmalıdır” Naira Zöhrabyan

18 Yanvar 2021 14:46 (UTC+04:00)

Ermənistan Parlamentinin gündəliyində yalnız bir məsələ olmalıdır, o da baş nazir Nikol Paşinyanın istefası. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Naira Zöhrabyan 18 yanvarda Ermənistanın Parlamentinin iclasında deyib.

Onun sözlərinə görə, hazırkı hökumət xalqı səhv yola aparmaq üçün müxtəlif mövzuları gündəmə gətirməyə çalışır. “Hərbi əsirlərlə bağlı suallarımız var. Nikol Paşinyan Moskvaya gedəcəyinə, guya əsas vəzifəsinin də hərbi əsirlərin geri qaytarılması məsələsini müzakirə etmək olacağına söz verdi. Lakin, oraya getdiyi zaman bir də təkrarən Azərbaycan rəhbərinə baş əydi, Sünik vasitəsilə türklərə yol verdi”, deyə Zöhrabyan bildirib.