"Navalnı post-Putin dövrünə hazırlaşır" ÖZƏL-MÜNASİBƏT

18 Yanvar 2021 14:25 (UTC+04:00)

“Rusiyada siyasi aktivist, demokratik düşərgənin təmsilçisi Aleksandr Navalnın siyasi olimpə yüksəlməsi, bu ölkədə demokratik düşərgəni canlandırdı və son 20 il ərzində Rusiya hakimiyyətini narahat edən bir müxalifət sistemi formalaşdırdı. Bu müxalifətin özəlliyi siyasi elitadan deyil, geniş xalq kütlələrindən və gənclərdən ibarət olduğu üçün Putin hakimiyyəti müxalifəti zərərləşdirə bilmir və özünə qarşı potensial rəqib hesab edir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, təkcə, Navalnı Putini deyil, Rusiyanı əsrlərdi pərdəarxasında idarə edən hərbi elitanı da narahat edir: “Ona görə də A.Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır. A.Navalnın zəhərləndirilməsi birbaşa Putinin göstərişi ilə də olmaya bilər. Çünki dərin dövlət demokratik bir liderin ortaya çıxmasına qarşıdır.

Putin özünə qarşı bir neçə il bundan əvvəl, müxalifət olan M. Xavarxoviskini ona görə netrallaşdıra bildi ki, o geniş xalqın dəstəyinə malik deyildi və bir qrup siyasi elitarı təmsil edirdi. Həmçinin M.Xavarxoviski Rusiya hərbi-siyasi elitanın verdiyi dəstək hesabına zənginləşmişdi. Putinin onu zərərləşdirməsi, məhz çətin olmadı. Amma, A.Navalnın zərərləşdirilməsi bir neçə ildir ki, mümkün olmur və Putinə ciddi baş ağrısı verir.

A. Navalnın həbsi Putinə qarşı xalqın narazılığını artıracaq və onun həbsi uzun müddət reallaşmayacaq. Demokratik düşərgəni təmsil edən birinin hakimiyyətə gəlişi, yalnız xalqın inqilab etməsi ilə reallaşa bilər. Bu da hazırkı situasiyada mümkün deyil. Seçkilərdən A. Navalnın hakimiyyətə gəlməsi mümkün deyil. Rusiyanın demokratikləşməsi və bu hərəkatın baş verməsinin qarşısını birbaşa Rusiya hərbi elitası qarşısını alacaq.

A. Navalnı post-Putin dövrünə hazırlaşır. Amma hakimiyyətə gəlməsi mümkün görünmür. Rusiyanın oturuşmuş sistemi demokratik bir liderin hakimiyyətə gəlməsini istisna edir. Yeni siyasi müxalifətin lideri olan A. Navalnın xidməti yalnız Rusiya gənclərinin siyasiləşərək mövcud sistemə qarşı demokratik dalğanı gücləndirəcək”.